Yonas Suatomo

Yonas Suatomo

Basketbolçu, aktyor

BİOQRAFİYA

Yonas Uilyam Suotamo – fin basketbolçu və aktyordur. Kinoda “Ulduz müharibələri” saqasının müasir epizodlarında “Çubakka” rolu ilə məşhurlaşıb. Uşaqlıqda musiqi və incəsənətə maraq göstərib. Kino və video sahəsi üzrə ali təhsil alıb. Ulduz müharibələri: Qüvvənin oyanışı” filmində Piter Mehyünün oynadığı Çubakka personajının oxşarını oynayıb. Mehyünün səhhətində problemlərin yaranmasından sonra artıq saqanın növbəti epizodlarında onun yerinə çəkilib (“Ulduz müharibələri: Sonuncu Ceday” və onun spinoff-u Hans Solo: Ulduz müharibələri: Tarix” filmində). Gəncliyində teatr tamaşalarında iştirak edib. Ali təhsilini Pensilvaniya Universitetində alıb. Universiteti 2008-ci ildə fərqlənmə ilə bitirib. Tələbə olduğu illərdə universitetin simvolik basketbol yığmasında çıxış edib. Bakalavr dərəcəsi əldə etdikdən sonra Finlandiyada həqiqi hərbi xidmət keçib. Xidməti başa vurduqdan sonra kino karyerasına qədəm qoyub. Paralel olaraq 2011-2015-ci illərdə fin peşəkar basketbol klubu olan Espoo-da çıxış edib. Suatomo digər peşələrə də vaxt tapıb. Bir müddət rejissorluq və müğənniliklə məşğul olub. Bundan başqa qısa müddətə sığorta agenti də işləyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%83%D0%BE%D1%82%D0%B0%D0%BC%D0%BE,_%D0%99%D0%BE%D0%BD%D0%B0%D1%81

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç