Olden Erenrayk

Olden Erenrayk

Aktyor

BİOQRAFİYA

Olden Kaleb Erenrayk 22 noyabr 1989-cü ildə Los-Anceles şəhərində (Kaliforniya ştatı) yəhudi ailəsində dünyaya göz açıb. Anası Sari interyer dizayneri, atalığı diş həkimi işləyir. Rekonstruktivist yəhudi tərbiyəsi görüb. Hələ bağçaya getdiyi illərdə tərbiyyəçilər onda şifahi nitq bacarıqlarının yüksək olduğunu görürlər və valideynlərinə onu Los-Ancelesdəki dilçilik məktəbinə göndərməyi tövsiyə edirlər. 2013-cü ildə “Gözəl varlıqlar” romanının ekran adaptasiyasında İtan Ueyt roluna çəkilib. Daha sonra Pak Çxan Ukun “Pozğun oyunlar” trillerində Vip Teylor roluna çəkilib. Daha sonra “Jasmin” dram filmində oynayıb. 2016-cı ildə Koen qardaşlarının “Yaşasın Sezar” filmində oynadığı Hobbi Doyl rolundan sonra onu daha geniş tamaşaçı kütləsi tanımağa başlayıb. Karyerasının hələlik ən son uğurlu rolu – “Ulduz müharibələri” saqasının spinoff-u sayılan “Han Solo. Ulduz müharibələri: Tarix” filmində gənc Han Solo roludur. Filmin premyerası 2018-ci ilin may ayında baş tutub. “Tetro” və “Gözəl varlıqlar” filmlərində oynadığı rolları ilə tanınmağa başlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D1%80%D0%B5%D0%BD%D1%80%D0%B0%D0%B9%D0%BA,_%D0%9E%D0%BB%D0%B4%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç