Süzen Braun

Süzen Braun

Aktrisa

BİOQRAFİYA

Süzan Elizabet Braun 6 may 1946-cı ildə İngiltərənin Bristol şəhərində dünyaya göz açıb. Rouz Braford kollecini bitirib. 1959-cu ildə kinoda debütünü edərək, “Şəxsi xəfiyyə” teleserialının bir epizodunda Meri rolunu oynayıb. Başlıca olaraq teatr aktrisası kimi şöhrət qazanıb. “Vəhşi ördək” , “Romeo və Culyetta”, “III Riçard”, “Bernard Albanın Evi”, “12-ci gecə” tamaşalarında səhnəyə çıxıb. Ekranlarda daha çox “Taxt oyunları” serialında (2011) Septa Mordeyn, “Dəmir Ledi” bioqrafik dramında (2011) ev qulluqçusu, “İndi əsl vaxtıdır” (2012) romantik dramında Şirli, Torçvud (2009) serialında Bricit Spirs rolları ilə yadda qalıb. Karyerası ərzində 82 televiziya, bədii film və serialda rol alıb. 2017-ci ildə "National Theatre Live"də iki hissəli “Amerika mələkləri” adlı canlı yayımlanan tamaşada iştirak edib. Həmçinin video oyunların yaradılmasında səs aktrisası kimi iştirak edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D0%B0%D1%83%D0%BD,_%D0%A1%D1%8C%D1%8E%D0%B7%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç