Hans Bauer

Hans Bauer

Ssenarist

BİOQRAFİYA

Hans Bauer – avstriyalı ssenarist, yazıçı və fotoqrafdır. Hazırda Amerika Birləşmiş Ştatlarında yaşayıb-yaradır. Daha çox “Anakonda” (Anaconda – 1997) və onun sikveli sayılan “Anakondalar: Qanlı Səhləbin Ovu” (Anacondas: The Hunt for the Blood Orchid - 2004) filmlərinin ssenaristi kimi şöhrət qazanıb. Eyni zamanda uşaq macəra romanı olan “Balıq hekayəsi” (Fishtale) əsərinin müəllifi kimi tanınır. Bauer Avstriyada doğulub. Hazırda Texas və Los-Ancelesdə fəaliyyət göstərir. Yazdığı ssenari əsasında çəkilmiş “Anakonda” filmi və onun sikveli tənqidçilərin etimadını qazanmasada, 20-ci əsrin sonunun kommersiya baxımından ən uğurlu kino layihələrindən hesab olunur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Hans_Bauer_(writer)

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç