Ceyson Koup

Ceyson Koup

Aktyor

BİOQRAFİYA

Ceyson Koup – CAR-lı aktyordur. Daha çox “Oskar” nominasiyalı “9-cu rayon” elmi-fantastik filmində oynadığı Qrey Brednem və Kristofer Conson rollarına görə tanınır. 2003-cü ildə “SABC1” telekanalında yayımlanan “The Pure Monate Show” komediya şousunun ikinci mövsümündə müxtəlif rollarda çıxış edib. 2008-ci ildə “Ella Blue” mini-serialında Hovard Uiver obrazını canlandırıb. 2010-cu ildə “Loyiso Qola ilə axşam xəbərləri” şou-xəbərlərində “Xüsusi müxbir” rolunu oynayıb. 2009-cu ildə rejissor Nil Blokampın “9-cu rayon” elmi-fantastik trillerində müxtəlif personajları, o cümlədən CGİ texonologiyası ilə yaradılan yadplanetli Kristofer Cons personajını canlandırıb. Bundan başqa filmin səsləndirilməsində iştirak edib, çoxsaylı arxa plan səsləri çıxarıb, operator Trent rolunu və baş qəhrəman haqqında fikirlərini səsləndirən ofis işçilərindən birini oynayıb. Montaj zamanı lentdən çıxarılmış səhnələrdən birində klinika doktoru rolunda çıxış edib. Həmin filmin səhnələri orijinal DVD disklərinin “extras” bölməsində yer alır. 2010-cu ildə “Malek” adlı daha bir CAR istehsalı olan filmə çəkilib. Çəkiliş meydançasında tərəf-müqabili veteran aktyor Con Kliz olub. 2012-ci ildə Koup “Hakim Dredd 3D” fantasktik trillerində ikinci dərəcəli rol alıb; quldur Zvirner personajını canlandırıb. Həmçinin “Azadlığa aparan uzun yol” və “Çappi adlı robot” filmlərində epizodik rollar oynayıb. 2016-cı ildə “Qara yelkənlər” serialına çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%83%D0%BF,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D1%81%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç