İqor Dmitriyev

İqor Dmitriyev

Aktyor

BİOQRAFİYA

İqor Borisoviç Dmitriyev 29 may 1927-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Valideynləri onun doğulmasından çox keçmədən ayrılıb. Ona görə anası və nənə-babası himayəsində olub. Kasyan Qoleyzov müzik-holunda, həmçinin Sverdlovsk baletində balerina işləyib, sirkdə “Atlar və rəqqasələr” attraksion şousunda çıxış edib. Yedi yaşından oxuduğu məktəbin özfəaliyyət dərnəklərində iştirak edib, mahnı ansamblı və Leninqrad pionerləri sarayının rəqs dərnəyinin üzvü olub. Kinoda debütünü rejissor V. Faynberqin “Tarasın səsi” filminə çəkilməklə gerçəkləşdirib. Böyük Vətən Müharibəsinin başlanmasından sonra ailəsi Molotov vilayətinin Nijnaya Kurya qəsəbəsinə təxliyə edilib. Müharibə zamanı hərbi hospitallarda konsertlərdə və rəqs çıxışlarında iştirak edib, müğənnilik edib. 1943-cü ildə Perm Dram Teatrında teatr studiyasının açıldığını öyrənib və dinləmələrdə iştirak etmək üçün ora yollanıb. Sınaqdan keçmək üçün Lermontovun “Maskaradından” bir parça ilə çıxış edib. Müharibədən sonra onlarla televiziya və bədii filmin çəkilişlərində iştirak edib. 2000-ci illərdə nadir hallarda kinoya çəkilib. Yalnız bir neçə film və serialda rol alıb. 2003-cü ildə “Gülməşəkər Şar” cizgi serialı ilə əməkdaşlığa başlayır. Müəllifin sözlərini səsləndirir həmçinin audionağılların disklərini yazır. 2006-cı ildə onu ilk insult vurub. 2008-ci ildə ikinci insultdan sonra Sankt-Peterburqda dünyasını dəyişib. Yanvarın 29-da Serafim məzarlığında dəfn olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BC%D0%B8%D1%82%D1%80%D0%B8%D0%B5%D0%B2,_%D0%98%D0%B3%D0%BE%D1%80%D1%8C_%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç