Stefen C. Kennel

Stefen C. Kennel

Ssenarist

BİOQRAFİYA

Stiven Cozef Kennel 5 fevral 1941-ci ildə Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Qonşu Pasadena şəhərində boya-başa çatıb. Valideynləri Kerolayn və Cozef Knapp Kennel mebel mağazaları şəbəkəsinə malik olub. Kennel uşaqlıq illərində disleksiyadan əziyyət çəkib. Disleksiya haqqında çəkilən sənədli filmdə öz həyat hekayəsini danışıb. 1964-cü ildə Oreqon Universitetini jurnalist ixtisası üzrə bitirib, müvafiq sahənin bakalavr dərəcəsini alıb. Tələbə olduğu illərdə "Siqma Hi" qardaşlığına qoşulub. 2009-cu ilə kimi Los-Ancelesdə yaşayıb-yaradıb. Məktəb illərindən sevdiyi (səkkizinci sinifdən) Marsiya Kennel ilə evlənib. Birgə nikahdan Tauniya və Çelsi adlı qızları, Kodi və Derek adlı oğlanları var. Sonuncu 1981-ci ildə (15 yaşında olanda) bədbəxt hadisə nəticəsində dünyasını dəyişib: Qumdan hazırladığı nəhəng qəsr çökərək üzərinə aşıb və nəticədə boğularaq ölüb. Kennel texnologiya məsələlərinə gəldikdə qatı mühafizəkar olub, kompüterdən yalnız ən zəruri hallarda, elmi tədqiqat məqsədi ilə istifadə edib. Bütün yazılarını çap maşınında çap edib. "Stephen J. Cannell Productions" şirkətinin təsisçisi olub. Stiven Kennel 30 sentyabr 2010-cu ildə 69 yaşında melanomadan dünyasını dəyişib. Los-Ancelesin Forest –Laun qəbirstanlığında dəfn olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B5%D0%BD%D0%BD%D0%B5%D0%BB,_%D0%A1%D1%82%D0%B8%D0%B2%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç