Conatan Libesman

Conatan Libesman

Rejissor

BİOQRAFİYA

Conatan Libesman 15 sentyabr 1976-cı ildə Yohannesburq şəhərində (Cənubi Afrika) anadan olub. Nyu-Yorkun Tiş İncəsənət Ali Məktəbində təhsil alıb. Debüt işi Roald Dalın hekayəsinin ekranizasiyası – “Doğuluş” adlı qısametrajlı film sayılır; filmə həm rejissorluq edib həm də ssenarisini yazıb. Film bir çox mötəbər kino festivallarında nümayiş olunub və ən yaxşı qısametrajlı film nominasiyasında 2000-ci ildə Ostin kinofestivalında qalib olub. Libesman eyni zamanda 2000-ci ildə Hollivud kinofestivalında ən yaxşı rejissor işinə görə “Gənc Hollivud” mükafatını qazanıb. 26 yaşında ilk tammetrajlı filmi – “Zülmət yaxınlaşır” trillerini çəkib. Filmin süjeti tənqidçilərin rəğbətini qazanmasa da, nümayişin ilk həftəsində ABŞ kinoteatrlarında ən çox tamaşaçı toplayan film olub. Film ABŞ kassalarından 32.5 milyon dollar, dünya kinoteatrlarından isə 15 milyon dollar gəlir götürüb. "Teen Choise Awards" versiyasına görə ilin ən yaxşı qorxu/triller filmi kateqoriyası üzrə mükafata namizəd olub. Libesmanın növbəti layihəsi ssenarisini Eren Krüqerlə birgə yazdığı və rejissoru olduğu “Zənglər” adlı 15 dəqiqəlik qısametrajlı film olur. Ekran əsəri “Zəng” qorxu filminin sikveli və “Zəng 2”nin prikveli sayılır. Qorxu saqasının fanatları arasında böyük nüfuz qazanır. Filmin uğuru Maykl Bey və onun “Platinum Dunes” prodüser şirkətinin diqqətindən yan keçmir. Onu “Elektrik mişarı ilə Texas qırğını” qorxu filminin çəkilişinə dəvət edirlər. 2007-ci ildə Libesmanın “On üçü, cümə” filminin remeykinin rejissoru olacağı elan edilsə də, həmin ilin noyabrında rejissor postuna Markus Nispel gətirilib. 2008-ci ildə “Ölüm otağı” adlı üçüncü tammetrajlı filmini çəkib. Filmdə baş rollarda Kloe Sevinyi, Nik Kennon, Timoti Hatton və Ptere Stormare iştirak edib. Ekran işinin preymerası 2009-cu ilin yayında Sandens kinofestivalında baş tutub. 2008-ci ildə “Colombia Pictures” şirkətinin istehsalı olan “Yadplanetli istilası: Los-Anceles döyüşü” filmini lentə alıb. Kristofer Bertolininin ssenarisi əsasında çəkilmiş filmdə ABŞ kinoteatrlarında 80 milyondan çox, dünya kinoteatrlarından isə 200 milyondan çox gəlir toplayıb. Daha çox “Nindza Tısbağaları” (2014), “Yadplanetli istilası: Los-Anceles döyüşü” (2011), “Zülmət yaxınlaşır” (2003) filmlərinin rejissoru kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D0%B1%D0%B5%D1%81%D0%BC%D0%B0%D0%BD,_%D0%94%D0%B6%D0%BE%D0%BD%D0%B0%D1%82%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç