Cudi Kreymer

Cudi Kreymer

Ssenarist, prodüser

BİOQRAFİYA

Cudi Kreymer - ingiltərəli müzikl prodüseri və tərtibatçısıdır. 1957-ci ildə London şəhərində anadan olub. 1977-ci ildə Gildhol Musiqi-Dram Ali Məktəbini bitirib. Teatrla yanaşı kino və musiqi şirkətləri ilə də sıx əməkdaşlıq edir. “Littlestar Services Ltd.” şirkətinin həmtəsisçisidir. Kinoda karyerası ərzində cəmi 3 filmə prodüserlik edib (Mamma Mia – 2008, Mamma Mia 2 – 2018, Noyvilin adası -1998). “Mama Mia” musiqili filmi böyük kassa uğuruna imza atıb. Üstəlik tənqidçilərin və tamaşaçıların rəğbətini qazanıb. Filmi dünyada 60 milyondan çox insan izləyib. Film üzərində gördüyü işə görə BAFTA mükafatına namizəd olub. Qərb aləmində Cudini 21-ci əsrin ən yaxşı şoubiznes tədbirləri təşkilatçısı kimi tanıyırlar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0187050/

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç