Rouen Atkinson

Rouen Atkinson

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Rouen Sebastyan Atkinson 6 yanvar 1955-ci ildə İngiltərədə doğulub. Ailədə üç uşağın ən kiçiyi olan Rouen Atkinsonun anası Ella May, atası isə Erik Atkinsondur. O, Oksford Universitetində təhsil aldığı müddətdə dram dərnəyində müxtəlif pyeslərdə oynayıb. Onun yazıçı Riçard Kartis ilə tanış olması karyerası üçün çox böyük əhəmiyyət kəsb edib. Daha sonra dostu Con Lloydun istehsalını boynuna götürdüyü və 1978-ci ildə İngiltərənin İTV kanalında yayıma başlayan "Saat 9 xəbərləri DEYİL !" (Not the Nine O'Clock News) serialında oynayıb. 1983-cü ildə "Qara Gürzə" (The Black Adder) sitkomunda rol alıb. Atkinson özünə dünya şöhrəti gətirən Mister Bin obrazını ilk dəfə 1988-ci ildə "Thames" televiziyasında canlandırıb. Atkinsonun kino karyerası ilk olaraq 1983-də bir James Bond filmi olan "Heç vaxt heç vaxt demə" (Never Say Never Again) filmi ilə başlayıb. Elə həmin ildə baş rolda özünün rol aldığı "Vaxtında Ölü" (Dead on Time) komediya filmində oynayıb. 1994-cü ildə "4 toy, 1 yas" (Four Weddings and a Funeral) filmi ilə bütün dünyada çox böyük uğura imza atıb. Həmin ildə daha bir fantastik uğur qazanan "Kral Şir" filmindəki Zazu obrazını səsləndirib. İlk "Mr.Bean" filmi isə 1997-ci ildəki "Bean" adı ilə film sektoruna daxil olub. Bu film dünyada ağlasığmaz bir uğura imza atır. Bu filmdən sonra 2001-ci ildə "Dabanınıza qüvvət" (Rat Race) filmində oynayıb, daha sonra 2002-ci ildə "Scooby-Doo" filmində də rol alıb. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır. Rouen Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanıb. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkilib və nümayişdən 500 milyon dollara yaxın pul əldə edib. 2007-ci ildə isə "Mister Bin səyahətdə" (ing. Mr Bean's Holiday) filmi çəkilib


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Rouen_Atkinson

FİLMOQRAFİYA
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç