Hemiş Makkol

Hemiş Makkol

Ssenarist, yumorist

BİOQRAFİYA

Hemiş Makkoll – britaniyalı yumorist, aktyor və ssenaristdir. 28 yanvar 1962-ci ildə Britaniyada anadan olub. Filip Qaulerin incəsənət məktəbi (Paris) və Kembric Universitetinin məzunudur. 1988-ci ildə yaratdığı “The Right Size” komik şou proqramı ilə məşhurlaşıb və Britaniya boyu qastrollarda çıxış edib. Böyük kinoda Rouen Atkinsonun baş rola çəkildiyi “Agent Conni İnqliş” silsiləsindən olan filmlər və “Mister Binin yay tətili” (2007) filminin ssenaristi kimi şöhrət qazanıb. Karyerası ərzində aktyor olaraq 14 televiziya və bədii filmə çəkilib. Sonuncu çəkildiyi film – "Paddinqtonun macəraları" (2014) komediyasıdır, orada heyvanxana işçisi rolunu oynayıb. Ümumilikdə 5 filmə ssenari yazıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Hamish_McColl

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç