Nil Patrik Harris

Nil Patrik Harris

Aktyor

BİOQRAFİYA

Nil Patrik Harris - amerikalı aktyor, müğənni və illüziyaçıdır. Daha çox “Sənin ananla necə tanış oldum” (2005-2014) serialında oynadığı Barni Stinson və “Lemoni Sniket: 33 bədbəxtlik" (2017-) serialında Qraf Olaf roluna görə tanınır. “Qızıl Qlobus” mükafatına namizəd olub. “Emmi” və “Toni” mükafatı laureatıdır. Harris Nyu-Mexiko ştatının Albakurke şəhərində anadan olub. Uşaqlığı böyük qardaşı Brayanla Ruidozo şəhərində keçib. Valideynləri ixtisasca hüquqşünas olublar və restorana sahib olublar. 1991-ci ildə La Kueva orta məktəbini əla qiymətlərlə bitirib. Kinoda debüt etdiyi 1988-ci ildə iki filmə - “Bənövşəyi adamları yeyən” (Purple People Eater – 1988) və Vupi Qoldberqin iştirakı ilə “Klaranın ürəyi” (Clara’s Heart – 1988) filmlərinə çəkilib. Sonuncuda oynadığı rola görə “Qızıl Qlobus” mükafatına namizəd olub. Bir ildən sonra 16 yaşında olan da onu “Duqi Hauser, Tibb elmləri doktoru” teleserialına dəvət ediblar. 1997-ci ildə “Ulduz desantı” elmi-fantastik trillerində Karl Cenkins rolunu oynayıb. Ona şöhrət qazandıran rol “Sənin ananla necə tanış oldum” serialında oynadığı Barni Stinson rolu olub. 2000-ci ildə “Yaxşı dost” filmində baş qəhrəmanın dostu Devid obrazını canlandırıb. 2004-cü ildə “Qanun və Qayda” serialında qonaq aktyor olaraq bir epizodda silsilə qatil rolunu oynayıb. 2003-cü ildə Brodvey səhnəsinə çıxaraq, “Davamlı” tamaşasında En Heçin tərəf-müqabili olub. 2003-cü ildə Debora Gibson və Tom Bosli ilə birgə “Kabare”də çıxış edib. 2004-cü ildə “Harold və Kumar” kinokomediyasında özünü oynayıb (Nil Harris rolunda). 2008-ci ildə “Qorxulu həkimin mahnı bloqu” mini serialında baş personajı canlandırıb. 2011-ci ildə “Smurflar” cizgi filmində sehrbaz Qarqamelə qalib gəlmiş gənc və cəsur Nyu-York sakini obrazını canlandırıb. Bir neçə il sonra filmin sikvelində eyni rolu davam etdirib. 2014-cü ildə Set Makfarleynin “Ağlı itirməyin milyon yolu” adlı komediyasına çəkilib. Elə həmin il, çoxsaylı kinomükafatları ilə təltif olunmuş və “Oskar”, “Qızıl Qlobus” və BAFTA-ya namizəd olmuş “İtkin” filminə çəkilib. Şəxsi həyatına gəlincə Harris homoseksualdır. 2006-cı ildə kaminqaut edərək, gey olduğunu mətbuata açıqlayıb.

Ətraflı məlumat üçün aşağıdakılinkə basın:
https://en.wikipedia.org/wiki/Neil_Patrick_Harris

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç