Kris Klermont

Kris Klermont

Ssenarist, aktyor

BİOQRAFİYA

Kristofer “Kris” Klermont 30 noyabr 1950-ci ildə Londonda (İngiltərə) anadan olub. Ailəsi sonradan ABŞ-a köçüb. Uşaqlığı Lonq-Aylend şəhərində keçib. Atası terapevt, anası pilot olub. Nə qədər qəribə səslənsə də, özü komiks yazarı olsa da uşaqlığında onları oxumağı sevməyib. Daha çox “Marvel Comics” şirkət üçün yazdığı “Uncanny X-Men” silsiləsindən olan komiksləri ilə məşhurlaşıb. 1991-ci ildə Krisin rəssam Cim Li ilə ərsəyə gətirdiyi "X-Men Vol.2" komiksi bütün zamanların ən çox satılan komiksi sayılır və hətta Ginnesin Dünya Rekordları kitabına da düşüb. Komiksin ekran adaptasiyasında gördüyünüz əksər mutant personajlar məhz Kris Klermontun “beyin məhsuludur”. Daha çox Robert Haynlaynın elmi fantastik əsərlərinə üstünlük verib. Krisin Bet Fleyşer adı həyat yoldaşı və iki əkiz oğulları var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BB%D1%8D%D...

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç