Co Koul

Co Koul

Aktyor

BİOQRAFİYA

Co Koul 28 noyabr 1988-ci ildə Londonun Kinqston rayonunda anadan olub. “Pleyhaus”, “Saat”, “Südəmərlər”, “Xalis ingilis qətli”, “Holbi siti” kimi reytinqli seriallara çəkildiyi rollarla tanınır. Çoxövladlı ailədə evin ən böyük oğludur. Kiçik qardaşlarından biri – Finn Koulla “Ülgüc papaqlar” kriminal serialında birlikdə çəkilib. Aktyor eyni zamanda kino layihələrində də ara-sıra iştirak edir. Aktyor debütünü Milli Gənclər Teatrında gerçəkləşdirib. İlk rolunu Uest-End şousunda oynayıb. Böyük ekranlara çıxan ən reytinqli filmlərindən biri Ol Parkerin “İndi əsl vaxtıdır” (2012) dramıdır. 2015-ci ildə “Təhlükəli eniş” trillerində əhəmiyyətli rollardan birinə çəkilib. 2017-ci ildə rejissor Jan-Stefan Soverin “Sübh ibadəti” adlı kriminal dramında baş rolu ifa edib. Həmçinin Mett Lukasla birgə bir neçə komediyaya ssenari yazıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%83%D0%BB,_%D0%94%D0%B6%D0%BE_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç