Aleksandr Murs

Aleksandr Murs

Rejissor

BİOQRAFİYA

Aleksandr Murs – fransız əsilli amerikalı rejissor, prodüser və ssenaristdir. Daha çox “Mavi kapriz” (2013), “Sarı quşlar” (2017), “Qəddar yay” (2012) filmlərinin rejissoru kimi tanınır. Aleksandr 1972-ci ildə Parisdə anadan olub. O, uşaqlığında aktiv şəkildə qrafiti ilə məşğul olub, incəsənət və dizaynla maraqlanıb. 1998-ci ildə Nyu-Yorka köçüb, bir neçə televiziya və internet şirkətində kreativ direktor vəzifəsində çalışıb. Karyerasının əvvəlində Aleksandr Murs bir sıra qısametrajlı filmlər ərsəyə gətirib. Həmçinin Cennifer Lopes, Miqel, Talib Kveli, The Crystal Method və digər ifaçılar və müğənnilər üçün kliplər çəkib və mükafatlara layiq görülüb. 2008-ci ildə “Heyvan-qladiatorlar” sənədli filminin yaradılmasında aktiv şəkildə iştirak edib. Rejissor karyerası ərzində daha çox müstəqil bədii filmlər çəkib. IMBD məlumat bazasına əsasən ümumilikdə 9 film və video klip çəkib. 2012-ci ildə “Filmmaker Magazine” jurnalı Aleksandr Mursu “Müstəqil kinonun yeni simaları” adlı reytinqinin iyirmibeşliyinə daxil edib. 2013-cü ildə ən yaxşı debütant rejissor nominasıyasında Nyu-Yorkun ən mötəbər kinomükafatlarından sayılan “Gotham Independent Film Awards” mükafatına namizəd olub. Son lentə aldığı film “Sarı quşlar” adlı hərbi dramdır və böyük ekranlara 2018-ci ildə çıxıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alexandre_Moors
FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç