Kuinn Şepard

Kuinn Şepard

Aktrisa

BİOQRAFİYA

Kuinn Şepard 28 fevral 1995-ci ildə Nyu-Cersi ştatında anadan olub. Debütünü 2001-ci ildə beş yaşında olan “Harrisonun gülləri” filmində gerçəkləşdirib. 2006-ci ildə “Nəzarətsiz qalmış uşaqlar” filminə çəkilib. Oynadığı rola görə digər aktyorlarla birlikdə “Young Artist Award” mükafatına namizəd olub. 2014-2015-ci illər ərzində “Əsirlər” serialında baş rollardan birini ifa edib. Ancaq serialın ömrü cəmi bir mövsüm çəkib. 2017-ci ildə Şepardın rejissor qismində debüt filmi – “Günah” adlı yeniyetmə dramı işıq üzü görüb. Filmdə elə özü baş rolu ifa edib. Həmçinin ssenaristi və prodüseri olub. Film qarışıq ancaq ümumi götürdükdə müsbət tamaşaçı və tənqidçi rəyləri qazanıb. 2018-ci ildə “Gecə Günəşi” və “Kemeron Postun yanlış tərbiyəsi” filmlərində ikinci dərəcəli rollara çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B5%D0%BF%D0%B0%D1%80%D0%B4,_%D0%9A%D1%83%D0%B8%D0%BD%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç