Bob Fişer

Bob Fişer

Ssenarist

BİOQRAFİYA

Bob Fişer – amerikalı ssenaristdir. Daha çox “Biz Millerlərik” (2013), “Çağırılmamış qonaqlar” (2005) filmlərinin və 2011-ci ildə FOX telekanalında yayımlanan “İşıqfor” serialının ssenaristi kimi şöhrət qazanıb. Uşaqlığında hüquqşünas olmağı arzulayıb, lakin iş elə gətirib ki, dolanmaq üçün barmen işləməyə məcbur qalıb. Habelə işdə asudə vaxtlarında televiziya ssenaristləri haqqında, onların nə qədər maaş aldığı barədə jurnalda məqalə oxuyanda ssenarist olacağını qət edib. Ssenarist debütü 1995-ci ildə The Bonnie Hunt Show proqramına yazdığı ssenari ilə gerçəkləşib. Karyerasının ən uğurlu işlərindən sayılan “Biz millerlərik” komediyasının ssenarisi üzərində 12 ilə yaxın tər töküb. Çəkilən əziyyət hədər getməyib, belə ki, film 270 milyon dollardan çox kassa gəliri götürüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bob_Fisher_(screenwriter)

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç