Donald Stüart

Donald Stüart

Ssenarist

BİOQRAFİYA

Donald Stüart 24 yanvar 1930-cu ildə Miçiqan ştatının Detroit şəhərində anadan olub. Yazıçı-ssenarist karyerasına başlamazdan əvvəl “The Detroit Times” qəzetində jurnalist işləyib. Daha sonra avtomobillər haqqında "Motor Life" jurnalının redaktoru olub. Daha çox “İtkin düşmüş” (1982), “Qırmızı Oktyabrın ovu” (1990), “Düşmənlər” (2017), “Açıq-aşkar təhlükə” (1994) filmlərinin ssenaristi kimi tanınır. “İtkin düşmüş” filminə yazdığı ssenariyə görə “ən yaxşı adaptasiya olunmuş ssenari” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Eyni zamanda Amerika Ssenaristləri Gildiyası və London Kino Tənqidçiləri Halqasının mükafatı ilə təltif olunub. Kassikaya çevrilmiş filmin ssenarisindən ABŞ kino məktəblərində ssenari strukturu və yazılması üzrə nümunə kimi istifadə olunur. Siyasi detektivlər yazan yazıçı Tom Klensinin “Qırmızı oktyabrın ovu”, “Vətənpərvər oyunları” və “Açıq-aşkar Təhlükə” trilogiyasının ekran adaptasiyası ilə məşhurlaşıb. 2017-ci ildə Kristian Beylin baş rola çəkildiyi “Düşmənlər” adlı vestern filmi, Stüartın 80-ci illərdə yazdığı əlyazması əsasında rejissor-ssenarist Skot Kuper tərəfindən ssenariyə çevrilib. Donald Stüart 1999-cu ildə Los-Ancelesdəki mənzilində 69 yaşında xərçəngdən vəfat edib. Özündən sonra üç uşağı dörd nəvəsi qalıb. Ölümündən əvvəl beşinci arvadından boşanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Donald_E._Stewart

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç