Aleks Vulf

Aleks Vulf

Aktyor

BİOQRAFİYA

Aleksandr “Aleks” Dreyper Vulf 1 noyabr 1997-ci ildə Nyu-Yorkun Manhetten rayonunda (ABŞ) ailəsində anadan olub. Aleksin atası tanınmış caz pianoçusu Maykl Vulfdur. Anası aktrisa və ssenarist Polli Dreyperdir. Qardaşı tanınmış amerikalı aktyor Nat Vulfdur. Ana babası – Uilyam Henri Dreyper III kapitalist və vətəndaş lideri olub. Aleksandr Vulf aktyor karyerasını altı yaşından başlayıb. Anasının yazdığı ssenari əsasında “Çılpaq uşaqlar” musiqili komediyasına çəkilib. Filmdə Aleksin qardaşı da rol alıb. Filmin işıq üzü görməsindən iki il sonra “Nickelodeon” telekanalı filmin əsasında eyniadlı serialın pilot epizodunun çəkilişinə sifariş verib. Ssenarist və prodüser qismində anası çıxış edib, atası isə epizodun bəstəkarı olub. Serialda oynadığı rola görə Vulf “Cable Award” mükafatına layiq görülüb. Bundan başqa, Hempton beynəlxalq kinofestivalında “Tamaşaçıların seçimi” nominasiyasında mükafatla təltif olunub. Aktyor bundan başqa “Pasiyentlər” serialına çəkilib. 2017-ci il isə onun üçün xüsusi əlamətdar olub. “Sabahın evi”, “Dostum Damer” bədii filmlərin və 90-cı illərin ən çox baxılan macəra filmlərindən olan “Cumanci”nin sikvelində baş qəhrəmanın uşaqlığı rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/aleks_vulf/
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç