Ari Aster

Ari Aster

Rejissor, ssenarist

BİOQRAFİYA

Ari Aster 1987-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Orta təhsili başa vurduqdan sonra Amerika Kino İncəsənət İnstitutuna daxil olub. Rejissor karyerasına 2011-ci ildə “Consonlar ailəsinin qəribəliyi” adlı qısametrajlı filmlə qədəm qoyub. Sözügedən film “Slemdens” kinofestivalında nümayişə çıxarılıb. Bir müddətdən sonra rejissor daha bir neçə qısametrajlı film lentə alıb. Həmin filmlər “Fantastic Fest” və “American Film Institute” kimi nüfuzlu kinofestivallarda böyük ekranlara çıxıb. 2018-ci ildə isə Ari Aster ilk tammetrajlı filmini çəkib. “Miras” adlı qorxu filmində baş rollara Qabriel Birn, Aleksis Vulv, Toni Kollet kimi tanınmış Hollivud aktyorları çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/ari_aster/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç