Alvaro Servantes

Alvaro Servantes

Aktyor

BİOQRAFİYA

Alvaro Servantes 12 sentyabr 1989-cu ildə Barselona şəhərində (İspaniya) anadan olub. Alvaronun atası Xuan Ramon kompüter ticarəti üzrə mütəxəssis, anası Emilia isə floristdir. Məktəbdə oxuyarkən kiçik bir teatr tamaşasını oynadıqdan sonra, onda aktyorluq sənətinə böyük maraq yaranmışdı. O hələ incəsənət məktəbində təhsil alarkən, Xoakin Oristrelin rejissorluq etdiyi və ispan Televiziyası tərəfindən istehsal olunan "Nənə və yay tətili" teleserialında çəkilmişdi və bu onun aktyorluq sənətində ilk addımı idi. Ardından o təhsilini davam etdirmək üçün "Audiovizual kommunikasiyalar" fənnini öyrənməyə başladı, lakin onu tamamlaya bilmədi. 17 yaşı olarkən, "Alvaro La invasion de los padres mutantes" adlı qısametrajlı filmdə özünün ilk baş rolunu ifa edir; iki il sonra isə (yəni 2008-ci ildə), o Kataloniyalı kinorejissor Silvia Muntun "Bəraət" filmində aktrisa Laia Marull ilə birgə çəkilib. Həmin ildə o həmçinin İnma Turbaunun "Asılmışın oyunu" adlı romanın katalanca ekranizasiyasında baş rolda çəkilmək üçün keçirilən yarışmada qalib gəlir və burada o Klara Laqo ilə birgə çəkilməyə başlayır. Məhz bu filmdə göstərdiyi mükəmməl performansa görə, Alvaro ən yaxşı debüt roluna görə "Qoya" mükafatına namizəd olub. Mario Kasas və Maria Valverde ilə yanaşı, Alvaro rejissor və ssenari müəllifi Federiko Moççianın iki adaptasiyasında çəkilib; onlardan biri "Göyün yeddinci qatında" (2010), digəri isə "Göyün yeddinci qatı. Mən səni istəyirəm" (2012) filmləridir. 2011-ci ildə ekranizasiya olunmuş "Hanna" filmində isə, o irlandiyalı aktrisa Sirşa Ronan ilə birgə çalışmağa başlayıb. 2012-ci ildə rejissor Xavier Villaverde tərəfindən ekranizasiya olunmuş "Mələklərin seksi" filmində, Alvaro Astrid Berje Frisbi və Lorens Qonzaleslə birgə çəkilib. Filmdə o homoseksual gənc rolunu ifa edib. Kino ilə paralel şəkildə, Alvaro həmçinin bir sıra teleseriallarda da çəkilib. Onların içərisində "Okeanın ürəyi", "Bədr gecəsi" (isp. Luna, el misterio de Calenda) və "Al rəngli burun" (isp. Punta Escarlata) kimi teleserialların adlarını qeyd etmək olar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Alvaro_Servantes

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç