Şeron Lil

Şeron Lil

Aktrisa

BİOQRAFİYA

Şaron Enn Lil 17 oktyabr 1972-ci ildə Arizona ştatının Tuson şəhərində anadan olub. Anası filippinli, atası afroamerikalıdır. Ögey atası ABŞ hərbi hava qüvvələrinin serjantı olub. 1976-cı ildə Lilin anası ilə evlənərək, onu övladlığa götürüb. Anası sonradan üçüncü dəfə - bu dəfə Lilin anadan bir bacısı Kristinanın atası Elmer Manakilə ərə gedib. Aktrisa İvonn Raytla uzun illərdi ki, dostluq edir. Birlikdə “Bələdçi işıq” serialına çəkiliblər. Həmçinin “Arzuların qızları” müziklının yerli tamaşasında birgə iştirak ediblər. Karyerasına CBS telekanalında yayımlanan “Bələdçi işıq” serialında Daliya Krid roluna çəkilməklə başlayıb. Daha sonra Brodveyin “Rentalar” tamaşasında səhnəyə çıxıb. Ardınca həmin tamaşa ilə ölkə boyunca qastrollara çıxıb. 2001-ci ildə “İz qoyaraq” müziklının çəkilişlərində iştirak edib. 2000-2004-cü illərdə “Fox” telekanalında yayımlanan “Boston məktəbi” adlı praymtaym şousunda görüntülənib. Eyni zamanda “Musiqini eşit” filmində rol alıb. Daha sonra “Los-Anceles beynəlxalq aeroportu” serialının çəkilişlərində aeroport direktorunun həyat yoldaşı rolunu oynayıb. 2006-cı ildə “Arzuların qızları” müziklının kino adaptasiyasına Mişel Morris roluna çəkilib. Filmdə Beyons Nouls, Cenifer Hadson, Eddi Mörfi və Ceymi Foks kimi məşhur Hollivud artistləri də iştirak edib. 2007-ci ildə “Milad bayramı” filmində və “Nəyə görə evlənirik?” romantik komediyasında baş rollara çəkilir. 2010-cu ildə “Cəhənnəm pişikləri” adlı idman dramında baş rollardan birini ifa edib. Aktrisaya məşqçi Vanessa Loc rolu nəsib olub. Serial bir mövsüm nümayiş olunduqdan sonra efirdən çıxarılıb. “Arzuların qızları”, “Nəyə görə evlənirik?”, “Nəyə görə təkrar evlənirik?” filmləri, həmçinin “Cəhənnəm pişikləri”, “Boston məktəbi” və “İrs”seriallarında oynadığı rollarla məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D0%BB,_%D0%A8%D0%B0%D1%80%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç