Bille Vudraff

Bille Vudraff

Operator, rejissor

BİOQRAFİYA

Bille Vudraff - amerikalı kino və musiqi videoları rejissorudur. 90-cı illərin ortalarında bir çox məşhur “arenbi” və hip-hop və pop ifaçıların, o cümlədən, Britni Spirs və Selin Dionun videokliplərini çəkib. Daha çox Co və Toni Brakstonla əməkdaşlıq edib (Toni Brakstonun 10 , Conun 9 klipini lentə alıb). Kinoda daha çox “İdeal seçim” (2016), “Asılılıq” (2014), “Gözəllik salonu” (2005), “Cır-cındır” (2012) filmlərinin rejissoru kimi tanınır. 2003-cü ildə “Ceyran” (Honey) (2003) romantik musiqili dramını lenta alır. Filmdə baş rola Aliya çəkilməli olsa da, hazırlıq mərhələsində dünyasını dəyişir. Onun yerinə o vaxtlar hələ də o qədər məşhur olmayan Cessika Alba dəvət olunur. Film 2003-cü ilin dekabrında ekranlara çıxır və ABŞ kinoteatrlarında ilk həftəyə 13 milyon dollara yaxın qazanc götürərək, ABŞ prokatlarında 2-ci ən gəlirli film olur. Buna baxmayaraq ehtiraslı və cazibədar xoreoqrafın həyatında bəhs edən film kinotənqidçiləri tərəfindən aşağı qiymətləndirilir. 2005-ci ildə "Bərbərxana" trilogiyasının spin-offu sayılan “Gözəllik salonu” romantic komediyasını lentə alır. Baş rola Kvin Latifə çəkilir. Film dünya üzrə 37 milyon dollardan çox gəlir götürsə də, tənqidçilər arasında yenə də mənfi rəy formalaşdırıb. 2014-cü ildə yazıçı Zeynin “Asılılıq” romanın ekran adaptasiyasını lentə alıb. Filmdə uğurlu karyerası və gözəl ailəsinin olmasına baxmayaraq gizli eşq macərası yaşayan qadının hekayəsi danışılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bille_Woodruff

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç