Mark L. Smit

Mark L. Smit

Ssenarist, rejissor

BİOQRAFİYA

Mark L. Smit - amerikalı ssenaristdir. Daha çox “Sağ qalan” (2015), “Qurban vakansiyası” (2007), “Seans” (2006), “Overlord” (2018) filmlərinin ssenaristi kimi tanınır. Ümumilikdə 8 filmə ssenaristlik edib. 2006-cı ildə öz yazdığı ssenari əsasında çəkdiyi “Seans” filminə görə Eureka Springs Digital” kinofestivalının mükafatına layiq görülüb. Daha sonra “ShockFest”də Qorxu janrı mükafatı ilə təltif olunub. Ardınca “Qurban vakansiyası” filmi və onun prikvelinə ssenari yazıb. 2014-ci ildə Maykl Punkenin eyniadlı romanı əsasında rejissor Alexandro Qonzales İnyarritu ilə birlikdə “Sağ qalan” filminə ssenari yazıb. “Oskar” mükafatçısı olmuş kəskin süjetli filmdə Dikaprio, Tom Hardi, Uill Poulter kimi məşhur aktyorlar baş rollara çəkilib. Çəkilişlər 2014-cü ilin sentyabrında başlayıb və 2015-ci ilin dekabrında böyük ekranlara yol tapıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mark_L._Smith

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç