Fransesk Orelya

Fransesk Orelya

Aktyor

BİOQRAFİYA

Fransesk Orelya 11 iyun 1957-ci ildə Kataloniya bölgəsində (İspaniya) anadan olub. Məktəbi bitirdikdən sonra Barselona teatr institutuna daxil olub. Diplomu aldıqdan sonra təhsilini ABŞ-da davam etdirməyə qərar verib. Nyu-Yorkda Herbert Bergoffun studiyasında oxuyub, Cons Strasberq və Karlos Qandolfo kimi tanınmış müəllimləri olub. Vətəni İspaniyaya geri döndükdən sonra aktyor teatr tamaşalarında iştirak edir, daha sonra kino və seriallara çəkilməyə başlayır. Televiziyada debütünü 1983-cü ildə “Mərkəzi banka hücum” serialında epizodik rola çəkilməklə gerçəkləşdirib. Aktyorun məşhurlaşmasına təkan verən film “Varşava körpüsü” filmi sayılır. 2015-ci ildə aktyor “Merli” serialında baş rola dəvət olunub. O tələbələrinə qeyri-standart və ifrat tövsiyələr verən fəlsəfə müəllimi obrazını yaradıb. Bir il sonra Orelya “Gözəgörünməz qonaq” adlı trillerə çəkilib. Film İspaniya ilə yanaşı Amerika və Avropada tamaşaçıların və tənqidçilərin böyük marağına səbəb olub. İspaniya kinosunun ən reytinqli ekran əsərlərindən sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/frances_orella/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç