Oriol Paolo

Oriol Paolo

Ssenarist, rejissor

BİOQRAFİYA

Oriol Paulo ispaniyalı ssenarist və rejissordur. Daha çox “Meyit” (2012), “Gözəgörünməz qonaq” (2016), “Culiyanın gözləri” (2010) filmlərinin və “Nit I Dia” (2016-2017) serialının ssenari müəllifi kimi məşhurlaşıb. Ali təhsilini Pompeu Fabra Universitetində audio-vizual kommunikasiya ixtisası üzrə alıb. Daha sonra ABŞ-a yollanaraq Los-Anceles Ali Kino Məktəbində oxuyub. 2006-cı ildə “Ecos” adlı qısametrajlı filmə ssenari yazıb. 2010-cu ildə Gilyermo del Toronun prodüserlik etdiyi “Xülyanın gözləri” trillerinin yaradılmasında iştirak edib, ssenarini rejissor Gilyem Moraleslə birgə yazır. 2012-ci ildə öz yazdığı ssenari əsasında “Meyit” filmini lentə alıb. Həmin filmə görə “Qoya” kino mükafatına ən yaxşı yeni rejissor kateqoriyasında namizəd olub, Parisdə keçirilən Fantastik Film Festivalında ən yaxşı film nominasiyasında qalib gəlib. 2016-cı ildə rejissor Mar Tarraqonanın çəkdiyi “İtkin uşaq” filminə ssenari yazıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm1079062/

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç