İen Somerhalder

İen Somerhalder

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

İen Cozef Somerhalder 8 dekabr 1978-ci ildə Luiziana ştatının Kovinqton qəsəbəsində massajçı və tikinti podratçısının ailəsində dünyaya gəlib. İen elə cırtan qəsəbədə yaşayıb ki, oranın heç doğum evi olmayıb, ona görə, doğuş üçün qonşu qəsəbənin xəstəxanasına yollanmalı olub. Evin sonbeşiyidir. Bir bacısı, bir qardaşı var. Atası ingilis-fransız əsilli, anası irland və hindu kökənlidir. Uşaqlığının böyük hissəsini at belində və ya balıq tutmaqla keçirib. On yaşında olanda anasının vasitəçiliyi ilə model biznesinə daxil olub. Hər yay tətilində çəkilişlər üçün Nyu-Yorka yollanıb. Həmin dövrün aparıcı model agentlikləri, o cümlədən “Click”, “Next”, “Arlene Wilson” kimi şirkətlərlə müqavilələr bağlayıb. Bir neçə ildən sonra Avropa modelinə çevrilmək fürsəti düşüb. Avropaya yollanan İen işi ilə əlaqədar Paris, Milan və Londonda olub. Payız mövsümlərində “Guess” dizayner geyimlərinin rəsmi siması olub. Eyni zamanda “Versace”, “Esprit”, “Persol”, “Calvin Klein”, “Dolce & Gabbana” и “Gucci” kimi məşhur brendlərlə əməkdaşlıq edib. “Sağ qalmaq” serialında Bun Karlayl, “Vampirin gündəliyi” serialında Deymon Salvatore rolları ilə məşhurlaşıb. “Gənc amerikalılar” adlı filmin çəkilişləri zamanı gənc dizayner Saroy Maleytesta ilə görüşüb. 2003-cü ildə tərəflər ayrılmağa qərar verib. 2004-cü ilin yanvar ayında İen Peris Hiltonun bacısı Niki Hiltonla eşq macərası yaşayıb. Ancaq bu sevginin də ömrü uzun çəkməyib. Yarım ildən sonra tərəflər ayrılmağa qərar veriblər. 2006-cı ildə ABŞ-ın sarı mətbuatı İenin “Sağ qalmaq” serialına birgə çəkildiyi aktrisa Meqqi Qreyslə görüşdüyü xəbərini yayıb. Ancaq aktyorlar bu xəbəri təkzib edib. 2006-cı ilin dekabr ayından Meqan Oldla görüşməyə başlayıb. 2011-2013-cü illərdə “Vampir gündəliyi” serialındakı tərəf müqabili Nina Dobrevlə sevgili olub. 2015-ci ildə aktrisa Nikki Ridlə ailə qurub. 2017-ci ildə cütlüyün Bodi Soley Rid Somerhalder adlı qızları doğulub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BE%D0%BC%D0%B5%D1%80%D1%85%D0%BE%D0%BB%D0%B4%D0%B5%D1%80,_%D0%98%D1%8D%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç