Maniş Qupta

Maniş Qupta

Ssenarist, prodüser

BİOQRAFİYA

Maniş Qupta - hindistanlı rejissor və yazıçıdır. Başlıca olaraq Bollivudda fəaliyyət göstərir. Daha çox “Hostel” (2011), “Sirr” (2015), “Stonmen” (2009), “Heç nədən qorxma 2” (2006), “Sarkar” (2005) filmlərinin ssenaristi kimi tanınır. Kinokaryerasında debütünü “Sarkar” adlı kriminal dramına ssenari yazmaqla edib. Filmdə baş rollara Amitabh Baççan, Abişek Baççan və Katrina Kef kimi ulduzlar çəkilib. Karyerası ərzində ümumilikdə 7 filmə ssenari yazıb. Rejissor kürsüsündə debütünü “Heç nədən qorxma 2” filmi ilə gerçəkləşdirib. Filmdə yer alan əhvalatlardan birini Qupta, qalan beş əhvalatı isə fərqli-fərqli rejissorlar lentə alıb. Müstəqil rejissor olaraq çəkdiyi ilk film “Stonmen” kriminal trilleridir. Baş rollara Key Key Menon və Arbaz Xan çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm1913302/

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç