Etli Örvarsson

Etli Örvarsson

Bəstəkar

BİOQRAFİYA

Etli Örvarsson 7 iyul 1970-ci ildə İslandiyanın Aküreyri şəhərində tanınmış musiqiçi ailəsində anadan olub. Karyerasına uşaq yaşlarından başlayıb. Fortepiano və trubada ifa bacarıqlarına malik olan Etli, bir neçə island pop və caz kollektivi ilə Avropa turnelərində iştirak edib. Berkli musiqi kollecində təhsil almaq təklifindən sonra ABŞ-a köçüb. Kollecdə Etli kino musiqisi və kompozisiyası ixtisası üzrə oxuyub. Kolleci fərqlənmə ilə bitirib. Daha sonra Şimali Karolina incəsənət məktəbində kino musiqisi ixtisasi üzrə magistr dərəcəsi əldə edib. 1998-ci ildə Los-Ancelesə köçüb. Tanınmış bəstəkar Mayk Postun rəhbərliyi altında televiziya proqramlarının yaradılması ilə bağlı işlərə cəlb olunub. Etli bir neçə serialın o cümlədən “Qanun və Qayda”, “Nyu-York polisi” və “Möhkəm şəbəkə” filmlərinin istehsalatında bəstəkar və orkestrator qismində iştirak edib. Dünya şöhrətli bəstəkar Hans Zimeerin “Remote Control Productions” şirkətində çalışır. Los-Ancelesdə həyat yoldaşı Anna ilə yaşayır. 2006-cı ildə Hans Zimmer onu kino və kompüter oyunları üçün musiqi istehsalı üzrə ixtisaslaşmış “Remote Control Production” şirkətinə dəvət edir. Zimmerlə birgə “Karib dənizinin quldurları”, “Mələklər və şeytanlar”, “Simpsonlar: kino” və “Mübadilə əsasında məzuniyyət” filmlərinin musiqisinin yaradılmasında iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Atli_%C3%96rvarsson

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç