Cəmil Debbouz

Cəmil Debbouz

Aktyor

BİOQRAFİYA

Cəmil Debbouz 18 iyun 1975-ci ildə Parisdə (Fransa) Mərakeşli mühacirlərin ailəsində dünyaya göz açıb. Uşaqlığı Parisin Trapp adlı şəhərətrafı qəsəbəsində keçib. Debbouz hazırda Fransanın ən tələb olunan aktyorlarından sayılır. Onu Alen Dequa adlı teatr rejissoru “kəşf edib”. Deklik teatrının truppasında səhnədə ilk aktyor addımlarını atıb. Fransada keçirilən teatr improvizasiyası üzrə (yeniyetmələr arasında) müsahibədə finala qədər gedib çıxıb. 1990-cı ilin yanvar ayında 14 yaşı olanda əlini ciddi şəkildə zədələyib. Dostu ilə avtobusa tələsdiyindən Trapp metro stansiyasında relslərin üzərindən qaçıblar və yaxınlaşan qatarı görməyiblər. 150 km/s sürətlə hərəkət edən qatar hər ikisini vurub. Nəticədə gələcək ulduzun sağ əli atrofiya verərək, inkişafdan qalıb. Dostu Jan-Pol Admett isə qatarın altında qalaraq yerindəcə keçinib. Dostunun valideynləri Cəmili ehtiyatsızlıqdan adam öldürmədə ittiham etsələr də, bu iddialar özünü doğrultmayıb və Cəmil bəraət alıb. 1995-ci ildə “Radio Nova”nın rəhbəri Jan Fransua Bizo Debbouzu radio stansiyada gündəlik proqramla çıxış etməyə dəvət edir. Şounun uğurundan sonra televiziyada “Pari baş nazir” adlı proqramla televiziyada aktyor debütünü edib. Ardınca “Başqa yerdə bundan yoxdur proqramına çəkilir və “Canal+” telekanalının favoritinə çevrilir. Parallel olaraq öz ilk şousunu çəkib. Kinoda Debbouz 1990-cı illərin əvvəllərindən çəkilməyə başlayıb. İlk rolları qısametrajlı filmlərdə olub. 1998-ci ildə aktyor “Zona” dramında görüntülənib, bir ildən sonra isə “Səma, quşlar və sənin anan” adlı komediyasına çəkilib. Ona şöhrət qazandıran film, 2001-ci ildə ekranlara çıxan “Ameli”, daha sonra isə “Asteriks və OBeliks: Kleopatra missiyası” macəra-komediya filmi olub. 2004-cü ildə Olimpiya məşəlini Paris boyunca daşıyıb. Bundan başqa “Mələk-A” (2005), “Vətənpərvərlər” (2006), “Asteriks Olimpiya oyunlarında” və digər reytinqli fransız filmlərinə çəkilib. 2008-ci ildə fransalı jurnalist və teleaparıcı Melissa Töryo ilə ailə qurub. Cütlüyün birgə nikahdan iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jamel_Debbouze

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç