Yan Tyersen

Yan Tyersen

Bəstəkar

BİOQRAFİYA

Yan Tyersen 23 iyun 1970-ci ildə Fransada anadan olub. Onun 4 yaşı olanda piano, 6 yaşı olanda skripka çalmağı öyrənməyə başlayıb. Musiqi karyerasınA studiya albomları, müşayiətlər və film musiqiləri daxildir. Yan Tyersen 2001-ci ildə çəkilən "Ameli" filmindən sonra Fransadan başqa ölkələrdə də tanınmağa başlayıb. Film "ən yaxşı film" və "ən yaxşı rejissor" kateqoriyasında "Avropa Film Mükafatı"na layiq görülüb. Bundan əlavə, iki BAFTA, dörd "Sezar" mükafatı və beş "Oskar" mükafatına namizəd olub. Film musiqisi bəstəkarı kimi Tyersenə tələbat böyük idi və "Ameli"dən sonra 2003-cü ildə Volfanq Beker tərəfindən çəkilən "Goodbye Lenin!" tragikomediyası üçün musiqi yazıb. Bu film də "Avropa film mükafatı"nı, "Sezar" və "Almaniya Film mükafatı"nı qazanıb. Tyersen isə "ən yaxşı musiqi" nominasiyasında "Almaniya mükafatı"na layiq görülüb. Bəstəkar 2004-cü ilin oktyabrında amerikali müğənni Şanon Raytla birgə "Absent Friends" albomu üzərində işləyib. 2005-ci ildə isə "Les Retrouvailles" adlı albomu işıq üzü görüb. Həmçinin 2008-ci ildə fransız dənizçisinin həyatından bəhs edən "Tabarly" filmi üçün də musiqi yazıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Yan_Tyersen

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç