Ceffri Tomas

Ceffri Tomas

Aktyor

BİOQRAFİYA

Ceffri Tomas – britaniyalı aktyordur. 1945-ci ildə Uelsin cənub-qərbində yerləşən Llanelli şəhərində (Böyük Britaniya) anadan olub. Ceffrinin özünün dediyinə görə aktyorluq sənətinə məhəbbəti onda nənəsi oyadıb. Orta məktəbi bitirdikdən sonra Tomas ofis işində çalışıb. Ancaq yorucu ofis həyatından bezən Ceffri Liverpul universitetinə daxil olur və İngilis ədəbiyyatı üzrə bakalavr dərəcəsi əldə edir. Təhsil aldığı müddətdə Tomas pyeslər yazmağa başlayır. Daha sonra təhsilini Oksford universitetində davam etdirərək ədəbiyyat sahəsində magistr dərəcəsi əldə edir. Oksfordda Tomas gələcək həyat yoldaşı ilə tanış olur və universiteti bitirdikdən sonra Avstraliyaya köçür, orada La Troba Universitetində ingilis ədəbiyyatı üzrə mühazirələr deyir. 1976-cı ildə Velinqtonda məskunlaşır və Viktoriya universitetində viktorian poeziyası üzrə dərslər deyir. Aktyor karyerasını 1980-ci illərin əvvəllərində başlayıb. “Mərhəmətin son həddi”, “Spartak: Qan və qum”, “Spartak: arenanın hökmdarları” və “Axtaran haqqında əfsanə” adlı seriallarında oynadığı rollarla məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/dzheffri_tomas/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç