Surac Şarma

Surac Şarma

Aktyor

BİOQRAFİYA

Surac Şarma 21 mart 1993-cü ildə Yeni Dehlidə (Hindistan) anadan olub. Sərdar Patel Vidialay məktəbini bitirib. Filmə çəkilənə qədər aktyor sənəti ilə bağlı heç bir anlayışı olmayıb və aktyor karyerası qurmaq fikrindən uzaq olub. Yalnız kiçik qardaşı Şrixarş israr etdiyi üçün filmin kastinqlərinə qatılıb. Suracla yanaşı baş rola üç minə yaxın namizəd var idi. Rejissor Enq Li sonradan verdiyi açıqlamada, Suracı ifadəli göz cizgiləri və məsum xarici görünüşünə görə seçdiyini bildirib. Onun təbirincə, Şarma təkcə baş qəhrəmanın emosiyalarını ideal şəkildə tamaşaçıya çatdırmır, eyni zamanda elə romanda təsvir olunan Pi kimi görünür. Filmin çəkilişlərindən sonra Şarma Müqəddəs Stefan Kollecində fəlsəfə ixtisası üzrə təhsilini davam etdirib. Kino debütünü 2012-ci ildə “Pi-nin həyatı” filmi ilə gerçəkləşdirib və bu onun karyerasının hələlik ən əlamətdar filmi hesab olunur. Rejissor Enq Linin lentə aldığı film eyniadlı romanın adaptasiyasıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B0%D1%80%D...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç