Ceff Tomsiç

Ceff Tomsiç

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Ceff Tomsiç amerikalı rejissor və prodüserdir. ABŞ teleməkanında “Brod Siti” serialının və “Qaçdı-Tutdu” komediya filminin rejissoru olaraq tanınıb. Rejissor debütünü 2010-cu ildə “80-ci illərin stereotip dəstələri” adlı qısametrajlı filmlə gerçəkləşdirib. Həmin filmi eyni zamanda operator olaraq lentə alıb. 2014-cü ildə Nyu-Yorkda yaşayan iki rəfiqə - Ebbi və Plandan bəhs edən “Brod Siti” serialının bir neçə epizodunu çəkib. Rəfiqələr az maaş alsalar da, əylənməyə hər zaman vaxt tapırlar və ən inanılmaz çətinliklərin öhdəsindən gəlirlər. 2018-ci ildə Ceff Tomsiç ilk tammetrajlı filmi ilə rejissor debütünü edir. Real hekayə əsasında “Qaçdı-Tutdu” komediya filmini çəkir. Filmin qəhrəmanları son zəngdən 30 il vaxt keçməsinə baxmayaraq hər il qaçdı-tutdu oynayırlar. Filmdə Con Hemm, Ceremi Renner, Annabel Uollis, Lesli Bibb, Ayla Fişer kimi ulduzlar çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/jeff_tomsic/

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç