Ceff Deniels

Ceff Deniels

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Ceffri Uorren “Ceff” Deniels 19 fevral 1955-ci ildə ABŞ-ın Corciya ştatının Atens şəhərində anadan olub. Uşaqlığı Miçiqan ştatının Çelsi şəhərində keçib. Atası taxta materialları anbarına sahib olub. Bir müddət mer vəzifəsinə qədər yüksələ bilib. Valideynləri onu ciddi intizamla böyüdüb, kilsə metodikası əsasında tərbiyə verib. Yeniyetmə yaşlarında Mərkəzi Miçiqan Universitetinə daxil olub. Nyu-Yorka köçməzdən əvvəl bir müddət universitetin teatr truppasında çıxış edib. Nyu-Yorkda yeni açılmış “Second Stage” adlı kiçik teatra qoşulur. Bir çox teatr tamaşaları və müzikllarda səhnəyə çıxır. 2009-cu ildə “Qırğın Tanrısı” adlı pyes əsasında qoyulan tamaşada oynadığı rola görə “Toni” mükafatına namizəd olub. “Emmi” mükafatı laureatıdır. Dördqat “Qızıl Qlobus” mükafatı namizədidir (1986, 1987, 2006, 2013). Daha çox “Sürət”, “Kütbeyin və ondan da kütbeyin”, “Kübar dili”, “Araxnafobiya”, “Zaman İlgəyi”, “Saatlar”filmləri və “Xəbərlər” serialında oynadığı rollarla yadda qalıb. Musiqili tamaşada Houl Devis, Ceyms Qandolfini və Marş Qey Harden kimi ulduzlar onun tərəf-müqabilləri olub. Şəxsi həyatına gəlincə 1979-cu ildə məktəb yoldaşı Ketlin Rozmari Trido ilə ailə qurub. Onların birgə nikahdan 3 övladları var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8D%D0%BD%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç