Kristen Şaal

Kristen Şaal

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Kristen Şaal 24 yanvar 1978-ci ildə Kolorado ştatının Boulder şəhərində (ABŞ) anadan olub. Şimal-Qərbi Universiteti bitirib. Daha sonra Nyu-York şəhərinə köçüb. 2005-ci ildə “New York Magazine” jurnalının versiyasına görə ən yaxşı komiklərin 10-luğuna daxil edilib. Nyu-Yorkda yaşayarkən “Qanun və qayda: Xüsusi korpus”, “Qanun və qayda: Cinayət niyyəti”, “İnam”, “Axmaq qız” filmlərində epizodik və ikinci dərəcəli rollara çəkilib. Həmin vaxtdan bəri ABŞ-ın ən populyar telekanallarından olan “Comedy Central”da müxtəlif şoularda iştirak edib, animasiya filmlərinin səsləndirilməsi ilə məşğul olub. 2012-2013-cü illərdə NBC telekanalının “30 nömrəli studiya” serialında ikinci dərəcəli rol oynayıb. 2012-2016-cı illərdə “Qraviti Fols” cizgi serialında Meybl Payns personajını səsləndirib. 2015-ci ildə Fox telekanalında “Yerin sonuncu insanı” adlı komediya serialına çəkilməyə başlayıb. Həmin rolla kinotənqidçilərin rəğbətini qazanıb. Daha sonra “Böyük Boss” bədii filmində ikinci plan rola dəvət olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B0%D0%B0%D0%BB,_%D0%9A%D1%80%D0%B8%D1%81%D1%82%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç