Çad Kalqten

Çad Kalqten

Ssenarist, prodüser

BİOQRAFİYA

Çad Kalqten – amerikalı jurnalist və ssenaristdir. “Huffington Post” jurnalında köşə yazarı olub. Bundan başqa “Hits” və “Weekly World News”da məqalələri dərc olunub. Bir neçə filmə ssenaristlik və prodüserlik edib. 2007-ci ildə yazdığı “Kişilər, Qadınlar və Uşaqlar” romanı əsasında Ceyson Raytman eyniadlı filmi lentə alıb. İnternetin ailə münasibətlərinə təsirlərindən bəhs edən ekran adaptasiyası 2014-cü ildə tamaşaçılara təqdim olunub. Baş rollara Adam Sendler, Emma Tompson, Ceniffer Qarner, Enson Elqort kimi aktyorlar çəkilib. Hollivud ulduzları yığmasından ibarət film gözləntiləri doğrultmayıb, kassalarda ümumilikdə cəmi 2,2 milyon gəlir götürüb. Kalqten daha çox “İnanılmaz Bört” (2013) filmi və “Dələduz hakim” (2014-2015) serialının ssenaristi kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Chad_Kultgen

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç