Ceyn Adams

Ceyn Adams

Aktrisa

BİOQRAFİYA

Ceyn Adams – amerikalı teatr, kino və televiziya aktrisasıdır. “Toni”, “Drama desk” mükafatı laureatı, “Qızıl Qlobus” nominantıdır. Ceyms Adams Vaşinqton şəhərində anadan olub. Vaşinqton Universitetində təsviri incəsənət üzrə 1989-cu ildə bakalavr dərəcəsi əldə edib. Nyu-Yorkun teatr səhnələrində çoxsaylı rolları ilə tanınmağa başlayıb. 1994-cü ildə An İnspector Calls pyesində çıxışına görə “Toni” və “Drama desk” mükafatlarına layiq görülüb. Bu onu kinoda ikinci plan rollara dəvət olunmasına vəsilə olub. “Gəlin atası”, “Həssas yuxu”, “Bəxbəxtliyi sevirəm”, “Xanım Parker və onun pis halqası”, “Gəlin atası 2”, “Sizə məktub var”, “Vunderkindlər”, “Yelbeyinlər diyarı”, “İldönümü”, “Sonuncu məzuniyyət”, “Lemoni Sniket: 33 bədbəxtlik”, “Balaca uşaq kimi”, “Cəsur,”, “Təslim olma”, “Potergeyst” kimi filmlərdə görüntülənib.1998-ci ildə ekranlara çıxan “Səadət” filmində oynadığı baş rola görə “Sandens” kinofestivalının mükafatı ilə təltif olunub. Televiziyada “Freyzer” (1999-2000) serialında oynadığı rolla tanınıb. Eyni zamanda Amerikanın məşhur “Qanun və Qayda: Cinayət niyyəti” serialının bir neçə epizoduna qonaq aktrisa qismində dəvət olunub. Daha əvvəl isə qısaömürlü “Nisbilik” (1999) və “Amerika inqilabı” seriallarına çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B4%D0%B0%D0%BC%D1%81,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç