Ceyson Fleminq

Ceyson Fleminq

Aktyor

BİOQRAFİYA

Ceyson Ian Fleminq 25 sentyabr 1966-cı ildə İngiltərənin London şəhərində anadan olub. Şotland rejissor Qordon Fleminqin oğludur. Məktəb tamaşalarında iştirak etdikdən sonra aktyor olacağına qərar verib. “Mən hər zaman aktyor olmaq istəmişəm” - deyə BBC-ə verdiyi müsahibədə bildirib. 1980-ci illərdə Milli Gənclər Teatrında çıxış edib, gənc sosialistlər təşkilatının üzvü olub. Eyni zamanda "Militant tendency" adlı leyborist təşkilatının fəallarından olub. Onların çap etdiyi qəzetləri satıb. Sonralar verdiyi açıqlamada siyasi fəaliyyətinin sadəcə gözəl qızlara özünü göstərmək məqsədi daşıdığını etiraf edib. 1990-cı ildə Londonun Musiqi və dram incəsənət akademiyasına daxil olub. Akademiyanı bitirdikdən sonra 90-cı illərin əvəllərindən etibarən Kral Şekspir şirkətinə qoşulub. Kinoda daha çox rejissor Qay Riçinin çəkdiyi “Kartlar, pullar və iki tüfəng” və “Böyük qənimət” filmlərində oynadığı rollarla məşhurlaşıb. Bundan başqa “Bencamin Battonun sirli hekayəti” (2008), “Viy” filmləri və “Qara güzgü” teleserialında yaratdığı obrazlarla yadda qalıb. Karyerası ərzində ümumilikdə 128 televiziya və bədii film və serialların çəkilişində iştirak edib. Britaniyalı aktyor həmdə atletdir, uzaq məsafələrə qaça bilir. Bir neçə marafonda uğurlu çıxış edib. 1994-2003-cü illərdə aktrisa Lina Hidi ilə vətəndaş nikahında olub. 2008-ci ildə Toskana şəhərində Elli Fermanla ailə qurub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jason_Flemyng

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç