Edvard Spelirs

Edvard Spelirs

Aktyor

BİOQRAFİYA

Edvard Con (Ed) Spelirs 7 aprel 1988-ci ildə İngiltərənin Çiçester şəhərində dünyaya göz açıb. Prestijli İstborn kollecində oxuyub. Məktəb tamaşalarında III Riçardı və Hamleti oynayıb. 2006-cı ildə kolleci bitirib. Məktəb tamaşalarında 3 il ərzində çəkilsə də, daha yüksək statuslu tamaşalarda təcrübəsi olmayıb. Daha çox “Eraqon” filmi və “Dauntaun Abbatlığı” serialında oynadığı rollarla məşhurlaşıb. Kinoda ilk debütü “Eraqon” filmində gerçəkləşib. Sözügedən film Kristofer Paolininin fantastik romanının motivləri əsasında lentə alınıb. Edvard “Narniya xronikaları” saqasında Piter Pevens rolunu oynaya bilərdi. Ancaq kastinqlərdə rol, Uilyam Mouzliyə qismət olub. Edvard amerikalı tanınmış (mərhum) aktyor Ceyms Dini öz kumiri hesab edir. 2012-2014-cü illərdə “Daunton Abbatlığı” serialına çəkilib. Karyerası ərzində ümumilikdə 26 bədii və televiziya filmində (o cümlədən seriala) rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BF%D0%B5%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç