Vinay Pathak

Vinay Pathak

Aktyor

BİOQRAFİYA

Vinay Pathak ­ - hindistanlı teatr, kino və televiziya aktyorudur. Eyni zamanda prodüserliklə məşğuldur. Daha çox Bollivudun romantik komediyalarında ikinci plan rolları ilə məşhurlaşıb. Vinay 27 iyul 1968-ci ildə Hindistanın Carkhande şəhərində anadan olub. Uşaqlığı Bihar ştatının Bhodcpuri şəhərində keçib. Əmisi oğlu tanınmış hind aktyoru Şyam Pathakdır. Vinay Sonika Sahayla evlidir. İki qızı var (qızların birini övladlığa götürüb). Nyu-York Dövlət Universitetini bitirib. Məzun olduqdan sonra bir müddət teatr tamaşalarında səhnəyə çıxıb. 1998-ci ildə “Bombeyli oğlanlar” filmində Bollivud debütünü həyata keçirib. Özünü istedadlı aktyor kimi göstərən Pathak rejissorların diqqətini cəlb edib. 1999-cu ildə populyar “Hip Hip Hurrey” serialında ingilis dili müəllimi roluna çəkilib. 2008-ci ildə “Əlvida” filminin çəkilişlərində prodüser qismində özünü sınayıb, həmin filmdə eyni zamanda baş rola çəkilib. Film ağır xəstəlikdən əziyyət çəkən qəhrəmanın hekayəsini danışır. Həmin il eyni zamanda Şahrux Xanla “Bu cütlüyü Tanrı yaradıb” romantik komediyasında əsas rollardan birini alıb. O həmçinin “Conni satqındır” və “Gəlin rəqs edək” filmlərində oynadığı rollarla tənqidçilərin rəğbətini qazanıb. Pathak mütəmadi olaraq televiziya layihələrində iştirak edir. Dostu və həmkarı Ranvir Şori ilə birgə Star TV-də “Ranvir Vİnay Aur Kaun” adlı verilişin aparıcısı olub. Həmçinin “House Arrest” adlı tanınmış hind telelşousunun təşkilatçılarından olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://bollywoodtime.ru/vinai-patkhak-vinay-pathak...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç