Castin Çatvin

Castin Çatvin

Aktyor

BİOQRAFİYA

Castin Çetvin 31 oktyabr 1982-ci ildə Kanadanın Britaniya Kolumbiyası bölgəsinin Nanaymo şəhərində dünyaya göz açıb. Daha çox “Dünyaların savaşı” (2005), “Gözəgörünməz” (2007), “Əjdaha mirvarisi: Təkamül” (2009) filmlərində, həmçinin “Utanmazlar” serialında oynadığı rollarla yadda qalıb. Çetvin rəssam Süzan Çetvin və mühəndis Brayan Çetvinin ailəsində doğulub. İki bacısı Brianna və Klerlə katolik tərbiyə görüb. Məktəbi bitirdikdən sonra Britaniya Kolumbiyası Universitetində ticarət üzrə ali təhsil alıb. Asudə vaxtlarında aktyor sənəti üzrə kurslara gedib. 2005-ci ildə Los-Ancelesə köçüb, orada aktyor Noel Fişerlə bir mənzildə yaşayıb (“Utanmazlar” serialına çəkilməzdən qabaq). 2005-2009-cu illər ərzində aktrisa Molli Simslə yaxın münasibətlərdə olub. Eyni zamanda bir müddət aktrisa Edisson Timlinlə də görüşüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A7%D1%8D%D1%82%D0%B2%D0%B8%D0%BD,_%D0%94%D0%B6%D0%B0%D1%81%D1%82%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç