Elpidiya Karrilo

Elpidiya Karrilo

Aktrisa

BİOQRAFİYA

Elpidiya Karrilo ­16 avqust 1961-ci ildə Meksikanın Miçoakan ştatında anadan olub. 1977-ci ildə Elpidiya kinoda debütünü həyata keçirərək, “Arzuların siyahısı” filminə çəkilib. Karyerası ərzində 57 film və teleserialda rol alıb. Kinoda ona şöhrət qazandıran əsas rol, 1987-ci ildə ekranlara çıxan Arnold Şvartsneggerin baş rola çəkildiyi “Yırtıcı” fantastik trilleridir. 2004-cü ildə Elpidiya rejissor, ssenarist və operator qismində debüt edib, “İlan qatili” adlı qısametrajlı filmində eyni zamanda Koko rolunu oynayıb. 2013-cü ildə “Həmrəylik” filmində prodüser qismində özünü sınaqdan keçirib. Həmin filmdə eyni zamanda İnes rolunu oynayıb. Elpidiya “Nosotros Eagles Awards” (2000), “ALMA” (2002, 2006) mükafatlarının və Lokarno kinofestivalının mükafatlarının laureatıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Elpidia_Carrillo

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç