Lloyd Ouen

Lloyd Ouen

Aktyor

BİOQRAFİYA

Lloyd Ouen 14 aprel 1966-cı ildə İngiltərədə yaradıcı ailədə dünyaya gəlib. Valideynləri və böyük bacısı aktyor olub. Uşaq yaşlarından valideynləri onun aktyor istedadını inkişaf etdirməyə kömək olub. Buna baxmayaraq Lloyd sənət seçimində tələsməyib. Gəncliyində idmana maraq göstərib. Lakin orta məktəbi bitirdikdən sonra Milli Gənclər Teatrının məktəbinə, daha sonra isə Kral Dram-İncəsənət Akademiyasına daxil olub. Gənc yaşlarında da aktyorluq etməsinə rəğmən futbol və tennislə məşğul olmağa davam edib. O eyni zamanda reqbii azarkeşidir. Boş vaxtlarında aktyor musiqi və ifaçılıqla məşğul olur. Aktyor rəssam Culyetta Moulla evlidir. Həyat yoldaşı və iki övladı ilə Londonda yaşayır. Televiziya karyerası 80-ci illərdə “Xalis ingilis qətli” kriminal serialı ilə başlayıb. Daha sonra “Gənc İndiana Consun sərgüzəştləri” macəra serialında professor Henri Cons roluna çəkilib. 2006-cı ildə “Miss Potter” filmində çəkilib. Filmə Uen MakQreqor, Emilio Vatson, Barbar Flinn kimi hollivud və britaniya aktyorları ilə kamera önünə çıxıb. 2011-ci ildə “Apollon 18” adlı fantastik trillerindən baş rollardan birini oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/lloyd_owen/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç