Xordi Molya

Xordi Molya

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Xordi Molya Perales – ispan (kataloniyalı) aktyor, rejissor, ssenarist və rəssamdır. 1 iyul 1968-ci ildə Barselonada anadan olub. Barselonada Teatr İnstitutunun məzunudur. Aktyorluq sənətinin incəliklərini İtaliya, Macarıstan və Böyük Britaniyada öyrənib. İspaniyanın aparıcı rejissorlarının çəkdiyi filmlərdə rol alıb. Əsasən mənfi obrazlarla yadda qalıb, başlıca olaraq kəskin və dram janrında olan filmlərə çəkilir. İncəsənətdəki nailiyyətləri kinodakı uğurlarından dala qalmır. Kinoda daha çox “Riddik” (2013), “Cinayətkar” (2016), “Pis oğlanlar” (2003), “Kokain” (2001) filmlərində oynadığı rolları ilə tanınır. Çəkdiyi rəsm əsərləri 2004-cü ildən bəri Madrid və Barselonun qalereyalarında nümayişə çıxarılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jordi_Moll%C3%A0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç