Din İsraelayt

Din İsraelayt

Rejissor

BİOQRAFİYA

Din İsraelayt Cənubi Afrikalı kino rejissor, ssenarist və prodüserdir. Rejissor Conatan Libsmanın dayısı oğludur. Daha çox 2014-cü ildə ekranlara çıxan “Kontinium” elmi-fantastik filminin və “Pauer Reyncers” filminin remeykinin (2017) rejissoru kimi tanınır. CAR-ın Yohannesburq şəhərində anadan olub. Uitvatersrand Dram-İncəsənət Universitetinin məzunudur. Gənc yaşlarında Avstraliyaya köçüb və orada Körtin Universiteti nəzdində Kino və Televiziya məktəbini bitirib. Amerika Kino İnstitutunda İncəsənət üzrə magistr pilləsinə yüksəlib. Karyerasını qısametrajlı filmlərə ssenari yazmaqla başlayıb, bir çox belə filmlərə həm də rejissorluq edib. 2015-ci ildə Ceyson Paqan və Endrü Doyçmanın ssenarisi əsasında zamanda səyahətdən bəhs edən “Kontinium” filmini lentə alır. Paramount Pictures şirkətinin böyük ekranlara çıxardığı filmin büdcəsi 12 milyon dollar olduğu halda, 32 milyon dollar gəlir götürür. 2017-ci ildə Con Qatinzin ssenarisi əsasında “Pauer Reyncers” filminin remeykini lentlə alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın.

https://en.wikipedia.org/wiki/Dean_Israelite

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç