Kevin Qrevye

Kevin Qrevye

Ssenarist, aktyor, prodüser

BİOQRAFİYA

Kevin Qrevye 7 oktyabr 1973-cü ildə ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) anadan olub. Vaşinqtonda Harvard Universitetini bitirib, mikrobiologiya üzrə bakalavr dərəcəsi alıb. Ardınca təhsilini davam etdirərək gen mühəndisliyi üzrə magistr pilləsinə yüksəlib. Təhsilini başa vurduqdan sonra Los-Ancelesə yollanıb və filmlərə ssenari yazmaqla məşğul olub. Aktyor debütü 1993-cü ildə baş tutub. Mayk Ceksonun “Remember the time” klipində rol alıb. Bundan başqa “Sprite, “Ford”, “Pizza Hut”, “Sega Genesis” (1996), “Snickers” (1997), “AMD” (1997), “Pepsi”, “Coors” (1998, 2001) kimi brendlərin reklamlarına çəkilib. “Başqa dünya” vampir saqasının “Cəhənnəm: Qan savaşları” adlı hissəsinin ssenari müəlliflərindən biridir. Eyni zamanda “Mən, Frankenşteynəm” filminə prodüserlik edib. Marvel Comics və DC Comics şirkətlərində komikslərin müəllifi olaraq çalışıb. 2003-cü ildə öz şəxsi “Darkstorm Studios” adlı komiks şirkətini yaradıb. 2014-cü ildə “Gənc ədalət liqası” cizgi serialına görə “ən yaxşı ansambl səsləndirmə” kateqoriyasında “Behind Television Voice Acting Award” mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B5%D0%B2%D1%8C%D0%B5,_%D0%9A%D0%B5%D0%B2%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç