Stiv Qolin

Stiv Qolin

Prodüser

BİOQRAFİYA

Stiv Qolin 6 mart 1955-ci ildə ABŞ-da anadan olub. Əsasən “Anonymous” studiyasından tanınır. "Citibank", "United Airlines", "Ford", "Audi", "Coca-Cola", "Pepsi", "Nike", "Intel" kimi nəhəng markaların reklamları məhz bu studiyada çəkilib. Studiya 50-dən çox istedadlı rejissor, ssenarist və aktyorla əməkdaşlıq edir. Maykl Bey, Dominik Sena, Spayk Cons, Antuan Fukua, Saymon Uest və başqaları bu siyahıya daxildir. Qolin “Beverli Hills”, “Tvin Piks”, “Şəhər hekayələri” seriallarının çəkiliş layihələrinin rəhbəri olub. Kinoprodüserlik sahəsində o, 1984-cü ildən çalışır. 70-dən çox filmin, o cümlədən “Con Malkoviç olmaq”, “Əlli görüş”, “Babil”, “Beşinci hakimiyyət”, “Əsl detektiv” filmlərinin çəkilişlərində yaxından iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Steve_Golin

 

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç