Cemi Uinston

Cemi Uinston

Aktrisa, prodüser

BİOQRAFİYA

Ceymi Uinston 6 may 1985-ci ildə Şimali Londonun Kemden qəsəbəsində (İngiltərə) anadan olub. Britaniyalı aktyor Rey Unistonun qızıdır. İki bacısı var. Böyük bacısı Lois Uinston müğənnidir, ara-sıra kinolara çəkilir. Ceyminin uşaqlığı Enfilddə keçib. Yerli orta məktəbdə oxuyub. Ardınca ailəsi Roydon şəhərinə köçüb, nəticədə məktəbi dəyişmək məcburiyyətində qalıb. Orta təhsilini aldıqdan sonra Harlou kollecinə qəbul olunub, orada aktyor sənəti üzrə təhsil alıb. Daha sonra Teatr məktəbinə daxil olub. Ancaq təhsili yarımçıq buraxaraq, televiziya karyerasına başlayıb. “İstintaq şöbəsi” serialında debüt rolunu alıb. Daha sonra onu məşhur etmiş “Kidulthood” çıxış edib. 2004-cü ildən bəri 23 bədii və televiziya filmi, qısametrajlı film və teleşousuna, o cümlədən “Bullet boy” (2004), “Atanın qızı” (2006), “Kidulthood” (2006) filmlərinə, “Dəniz gəzintisi” trillerinə, “İstintaq şöbəsi”, “Vinsent”, “Qızıl xəstəliyi”, “Dalan” kimi seriallara çəkilib. Daha çox “Kidulthood” (2006) dramında Bekki, “Dalan” triller mini-serialında (2008) Kelli rolları ilə məşhurlaşıb. Ceymi 2009-cu ildən bəri prodüser Di Ancelo Hetçer ilə görüşür. Onlar “Elfie Hopkins and the Gammons” filminin çəkilişlərində tanış olublar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.peoples.ru/art/cinema/actor/jaime_winstone/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç