Priyamani

Priyamani

Aktrisa

BİOQRAFİYA

Priyamani (əsl adı Priya Vasudev Mani Ayer) 4 iyun 1984-cü ildə Hindistanın Palakkad şəhərində anadan olub. Bollivud aktrisası Vidya Balanın dayısı qızıdır. Psixologiya üzrə bakalavr dərəcəsi alıb. Məktəbi bitirdikdən sonra model işləyib. Gözəl xarici görünüşü prodüsserlərin diqqətindən kənarda qalmayıb, ona kinoda çəkilməyi təklif ediblər. Bir neçə uğursuz layihədə iştirak etdikdən sonra Priyamani “Adhu Oru Kana Kaalam” adlı tamil filminə çəkilir. Lent kommersiya uğuru qazanmasa da, gənc aktrisanın işi tənqidçilərin müsbət rəyini qazanıb. Aktrisanın ilk uğurlu işi “Parutxiviran” filmi sayılır. Büdcənin elə də böyük olmamasına və super-ulduzların iştirak etməməsinə baxmayaraq, sözügedən film blokbasterə çevrilir. Priyamani bir neçə prestijli kinomükafat layiq görülür. Aktrisanın növbəti lenti "Tayı-bərabəri olmayan dələduz” filmi də az uğurlu olmayıb. 2009-cu ildə tanınmış rejissor Mani Ratnamın filmində çəkilmək fürsəti qazanır. Eyni vaxtda filmin “Cani” və “İblis” adlı hind və tamil dilli versiyalarına çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%80%D0%B8%D1%8F%D0%BC%D0%B0%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç